Külək üstümə qovdu,Qovdu dumanı-çəni.Axı, göydə nə duman,Nə çən vardı bu səhər.Ləpələrdə nə isəPıçıldadı ləpələr...

Sənsiz dənizə çıxdım,Dəniz yandırdı məni.

Gəldim maviliklərəYox ikən buna lüzum.Daldım maviliklərə,Boşaldı, doldu gözüm.Suların güzgüsündəGördüm aşikar səni...Sənsiz dənizə çıxdım.Dəniz yandırdı məni.

Məlalıma dözmədi qüssə, kədər özü də.Bu halıma dözmədiTutqun göylər özü də.Kənardan seyrə daldımCəmi deyib güləni.Sənsiz dənizə çıxdım,Dəniz yandırdı məni.

Niyə mənim ürəyimSoyuq deyil sular tək.

Fikrim-zikrim neyləyimDağılsın yuxular tək?Fikrimin dağılmağıHədərdi mən biləni...Sənsiz dənizə çıxdım,Dəniz yandırdı məni.

Ürək açıq olandaDönər cənnətə səhra.Ürək yanıq olandaNə gəzinti, nə dərya?Necə dar gəldi mənəYarımdünya bir gəmi.Sənsiz dənizə çıxdım,Dəniz yandırdı məni.

Hər şey əlçatmaz, uzaq,Hər şey soldu-qurudu.Başım üstündə ancaq,Ayrılığın buludu.Xatirimə gətirdimBütün olub keçəni.

Sənsiz dənizə çıxdımDəniz yandırdı məni.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar