Qızıl qərənfillər
Kapri bir məlakədir gömgöy ümman içində,
Camalını gizlədib bəyaz duman içində.Sorrentodan ayrılıb gəmi yarır suları,Fikrimdə lenin... qorki.. kapri balıqçıları.“Nağıl” sözü yaxşıdır, çox deyilibdir ancaq,Sorrentoyla kapriniGəl sırğaya oxşadaq.Bir cüt büllur sırğaya -Yaraşığı təbiət, cilvəsi nur sırğaya.Kapri suyun üzündə bir məcməyi xonçadır,Yaşıllıqlar içində evlər qonça-qonçadır...Evlər oyuncaqlara bənzəyir əlvan-əlvan,Yuyub, silib, qurudub bu evləri bir zaman.Sanki gətirib yığıb bir-birinin üstünə,Havada bir zərrə toz, bircə həlqə tüstü nə?
Hotellər, restoranlar sərgisidir bu ada,Büllur ümman içində ada xumarlanmada.
Burda dilənçilər də,Burda milyonçular da...Bir təmkində görünür, bir zahiri ədada...Bir mavi tül içində hamı gəzir adada.
Mavi ümman içində zümrüddü, lə’ldi kapri.Adamın allahı var, yaman gözəldi kapri.Xiyabanlarda ancaq addım səsi, nal səsi,Bir yarpağa dəyməyib burda maşın nəfəsi.
İyirmi beş nəfərik biz bu səhər kapridə,Alovlar diyarından elçilərik kapridə.Az qala kapri boyda çələng var əlimizdə,Şehli-şehli, təzə-tər çiçək var əlimizdə.
Qızıl qərənfilləri...Bakıdan gətirmişik qızıl əmanət kimi.Leninin qürbət eldə nurlu xatirəsinəDoğma bir hörmət kimi...
Kənardan - yad baxışlar, yad gözlər, yad nəzərlər,Bu gözlərdə təəccüb, maraq, rişxənd nə qədər.Gedirik, əlimizdə nəhəng, qızıl bir çələng,Bu yaşıl səltənətdə aləmdir qırmızı rəng.
Lenin burda inqilab dahisitək yaşadı,Oxşadı çiçəkləri, gülləri burda lenin.Baxdı mavi suların yaşıl dərinliyinə,Düşündü, dərin-dərin elləri burda lenin.
Uşaqlıqda doğrudan elə bilirdim ki, mənLeninin adı ancaq fabrik-zavodla bağlı,Domna sobalarında zəhimli odla bağlı;Lenin fəhlə şəhəriQaynar həyat deməkdir.Döyüş nəğmələrindəBir nəqarət deməkdir.Fikrimdə kaprini də mən belə yer sanırdım,Lenin - kapri deyəndəSərtliklə, çətinliklə üz-üzə dayanırdım.Lenin - kapri deyəndəPiter kimi çaxnaşan bir şəhər düşünürdüm,Səngərlərdə mərdləşən əsgərlər düşünürdüm.Bu mərdləşən əsgərlər,Bu çaxnaşan piterlər,Barrikada, inqilab,Döyüş, vuruş, dərd, əzab,Bütün Yer kürəsində kapri rahatlığınınBərqərarı üçünmüş,Gələcək nəsillərin xoş rüzgarı üçünmüş.
Lenin barelyefinin dayandığı yerə bax,
Yer deyil, təbiətin yaratdığı şe’rə bax!Bu -- dənizə açılmış təbii bir pəncərə,İtaliya xalqının şairanə zövqünəBaş əyirəm min kərə.Qızıl qərənfillərdən hörülüb çələngimiz.Lenin doğma...Kapri qürbətSükuta bürünüb kövrəlirik biz.
Kitabxana.az · https://kitabxana.az/works/qabil-qizil-qerenfiller
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Müğənni, ruh verən sazını bir al,Bizə ürək açan xoş bir hava çal!
SərçələrAllahdan qorxub bir insaf edin,Az incidin bizi, sarı sərçələr,
TilliBənövşə tək sünbül zülfün boy verir,Hər yuyub sərində havaya, tilli.
Bu Leyli LeyliEy ağalar, mən bu dərdə düşməzdimMəni dərdə saldı bu Leyli Leyli