1941-ci il oktyabrın 10-da Leninqradın elm və yazıçı ictimaiyyəti böyük Azərbaycan şairi Nizaminin 800 illiyini qeyd etmişdir. Nizaminin yubileyini keçirməyə Elmlər Akademiyasının, Ermitajın, universitetin, Yazıçılar ittifaqının, rus muzeyinin nümayəndələri toplaşmışdılar.

“Mühasirə günləri” xronikasından.

Bir aləmdir Ermitajın hər zalı,Hər zalında yeddi iqlim cəlalı.Tarixlərə çəkilir fikri-xəyalı,Baxışlarda heyrət dolu çeşmələrƏzəmətli, qanlı keşməkeşlər,Dahilərin fırçasının qüdrəti,İnsanların, allahının surəti,Kətan üstə yerlər, göylər, təbiət,Neçə adi, qeyri-adi həqiqət...

Ermitajın hər otağı tamaşaNəzər yetir bu mərmərə, bu daşa!Bu lal daşda bir gözəllik cilvəsi,Bu sal daşda bir təfəkkür zirvəsi...Mərmər qızda kipriyə bax, qaşa bax,Mərmər gözdə gildir-gildir yaşa bax!Nə əvəzi, nə təkrarı, nə tayı...Dalda qalıb əsrlərin dolayı...

Ermitajda bir tilsimli günəş var:

Burda nizə, qılınc-qalxan, tişə var.Əyri qılınc qan-qan deyir inan ki,Xəncərə bax, tük qapacaq o sanki.Kəsib-töküb namərdi də, mərdi də,

Bəxş eləyir sevinci də, dərdi də...Hər qəzəbdə bir ölkədən bac-xərac,Bu qılınclar başa qoyub neçə tac,Bu qılınclar başdan salıb neçə tac.

Ermitajda bir xəzinə qorunur,Xəzinənin tavanı nur, yeri nur...Qızıl bərqi dalğalanır sirr ilə...Şüşə rəflər qürrələnir dürr ilə...Çardan şaha... şahdan çara hədiyyə,Qətlü-qarət hardan-hara hədiyyə...Bu sehrli kövhər kanı misilsiz...Ləl-cəvahir kəhkəşanı misilsiz...

Ermitajda - bu kaşanə içində,Bu həqiqət, bu əfsanə içindəÜzümüzə bir qapı da açıldı,

Gözümüzə ilahi nur saçıldı.Ulu şair Nizaminin xəyalıBatil etdi min dürlü cah-cəlalı.Düha bərqi kölgələri qaş-daşıVaraqlandı sahilində nevanınÖlüm-dirim günlərinin yaddaşı.

Leninqrad... blokada... Nizami!Top səsləri...kanonada.. Nizami!Çalmasında qızıl ulduz gəldi o.Vətən ağır ayaqdadır bildi o,Vətən ana, o, Vətənin balası,Leninqrad - inqilabın qalasıÇatdı o gün düyünlənmiş qaşını,Bayram etdi Nizaminin yaşını.Tarix oldu Ermitajın hünəri,Əldən düşmüş Leninqrad şəhəri...Ədalətin çırağına yığıldı,Fəzilətin sorağına yığıldı.Səsləndikcə Nizaminin kəlamıMöhürləyir qələbəyə inamı.Şair deyir: boğa bilməz xeyri şər!

Bomba yağır... cingildəyir şüşələr..

Kövrəlmişik - göz incisi bu zalda...Nizaminin söz incisi bu zaldaRəssam, me’mar, bəstəkarlar silahlı,Akademik saçları qar... silahlı,Neçə şair qızıl əsgər şinelli,Neçə alim qızıl əsgər şinelli...Öz pərişan surətiylə canlanır,Qəhrəmanlıq şöhrətiylə canlanır.Nizamiyə hörmətiylə canlanır,Öz xalqıyla, millətiylə canlanırGözümüzün qabağında bu zalda,Tunc atlının torpağında bu zalda.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri