Pozulmayıb təbiətin hələ yaşıl növrağı,Üzə gülür, mülayimdir hələ sibir torpağı.

Ağcaqayın meşələri hələ bərli-bəzəkli,Zümrüd tala, məxmər yamac hələ güllü-çiçəkli.Hələ payız günəşindən şamlıqlara nur yağır.Hələ payız buludundan sellər-sular gur yağır.Hələ sibir şahzadəsi mavi gözlü YeniseyBuz zirehə bürünməyib, çağlayır hey, axır hey...Hələ qızıl tac gəzdirir bu gün sibir başında,Hələ inci şeh parlayır kipriyində, qaşında...Hələ bağrı yarılmayıb dağın-daşın bu yerdə,Əlaməti bilinməyir hələ qışın bu yerdə.Alnımızdan tər də axır günortalar arabir,Mən deyirəm:Tacik deyir:Türkmən deyir:Özəbək deyir:Gürcü deyir: - nə sibir? bu sibir?!Bu eyhamı göydə alır sibirlinin qulağı,Deyir: - bir yol qışda olun siz bu yerin qonağı.Hər fəsildə yaraşıqlı görünsə də bu diyar,Ancaq sibir torpağının qışda ayrı hüsnü var:Şaxta şair, şaxta rəssam, şaxta yalın qılınclı...Büllur tacla o çıxıbdır taxta, yalın qılınclı,

İmtahana çəkir şaxta iradəni, vüqarı,İnsanları, heyvanları, dəmirləri, daşları,Mərtəbədən-mərtəbəyə qalxır şaxta anbaan:İyirmi heç... otuz da heç... adlayanda o qırxdan..Qol-budaqlı ağacları çör-çöp kimi qırır, bax,Əlvan mərmər dağlarının sinəsini yarır, bax!Yoğun-yoğun çuqun, polad şəbəkələr mum olur,Dəmir-beton şüşə kimi çilinglənib qum olur.Məhlul donur, sement donur, qurğu donur, tağ donur,Fil xortumlu, div gövdəli maşınlarda yağ donur.Şaxta meşə dərinində atəş açır şaq-şaraq,Adamlara yaxın gəlir ayı, canavar, vaşaq.Bəli, sibir soyuğunun hökmü ağır və qəti,Qırxı ötdü... dayandırır işi-gücü hiddəti.Lap istəyir şaxta qalxsın əllidən də o yana...İnsan dözür... iş onda ki, dəmir dözə, dayana.İnsan dözür... damarında axır qanı həmişə,İnsan dözür... od kimidir, həyəcanı həmişə.Ürək dözür... dözə bilmir, paralanır sərt qaya,Ürək dözür... yerdə qalan təslim olur şaxtaya.Nəhəng-nəhəng tikintilərBuz bağlayıb dayanır,

İnsan dözür,Dəmir dözmür,Beton dözmür,Məftil dözmür,İnsan dözür...Sibir görür, sibir buna inanır.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar