Qutqaşenə gedəndəBoynuma qol saldı o.Qahirəyə gedəndəÜrəyimdən çaldı o.

Kaş ki, yaxın olaydıMənə uzaq səfərdə...Adam yaxın mənziləElə-belə gedər də.

Qutqaşenə gedəndə:Gəl, görüşək -söylədi.Qahirəyə gedəndə:Məndən əl çək - söylədi.Qutqaşenə gedəndəKaş ki, dönəydi üzüQahirəyə peşimanGöndərməyəydi bizi...

Qutqaşenə gedəndəMənim qəlbim quş oldu.Qahirəyə gedəndəOnun qəlbi daş olduO gözlərdə, gözlərdəNeçin yad oldum belə?Xoşbəxt o adamdı kiİstədiyi vaxt ölə...Qutqaşenə gedəndəRuhum ulduzda, aydaQahirəyə gedəndəRuhsuz bədəndi göydə,Təyyarə qanadında

Göyə qalxmağa nə var -Təyyarə ruh qaldırmaz,Təyyarə yük qaldırar...Qutqaşenə gedəndəO qorudu qəlbimiLəl kimi, gövhər kimi.Qahirəyə gedəndəO sındırdı qəlbimiUcuz şüşələr kimi...Quş sınıq qanadıylaYaxına bir cür çatar,Uzağın qorxusu varAy allahsız ovçular!

Qaranlıq boşluqlarıTəyyarə yarır gedir.Türkiyə üzərindənMisirə varır gedir.

Qutqaşenə gedəndəSevinc ilə qoşa mən...Qahirəyə gedəndəQüssəylə baş-başa mən.

Sağ olsun sevinc-kədərTək deyiləm müxtəsərQutqaşenə gedəndə...Qahirəyə gedəndə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri