Ehey!
Hələbdə Nəsimiylə xəyalən görüş
Sənin dastanını qoyub yarıda,Sənin görüşünə gəlmişəm ustad!Qəbrini hifz edən bu diyarı daYurdum tək müqəddəs bilmişəm,
Yağır göz yaşlarım ağ yağış kimi,Tarix tilsimini qırdı hicranın.Gətirib gəlmişəm sənə, Nəsimi,Kövrək salamını Azərbaycanın!
Kövrəklər ağlayar... daşlar ağlamazAğlamaq özü də mərdanəlikdir.Ağılsız, fikirsiz başlar ağrımaz,İgidlik - ən zəif pərvanəlikdir.
Qədim Şamaxıdan qədim HələbəQanlı-qadalıydı, ağırdı yollar.Mən bu gün asudə gəldim HələbəGör necə sakitdi, fağırdı yollar...
Çatdım bu şəhərə qaş qaralandaHanı aşıq qərib, əsli və kərəm?Vitrinlər, reklamlar elə bu andaMənə göz vurdular... başqadır aləm...
Vitrin soyuqqanlı, reklam də sərin...Əsli, kərəmlərin barəsində hə...Onda Nəsimidən bir soraq verin,Üzünün nurunu göstərin mənə.
Nə vitrin? təyyarə səsləndi, eheyy,
Nə reklam? mersedes qıjhaqıj axdı.Yer-göy dilə gəldi: - dəyişib hər şey,Səyyah! keçmiş ola Nəsimi vaxtı!
İncidim Hələbdən, təzə Hələbdən,Əgər incidimsə... barışam çətin.Dəb yox, əbədiyyət axtarıram mən,Yox vaxtı, saatı əbədiyyətin.
Qaranlıq göylərə diqqətlə baxdımDünənin, bu günün çırağıyla mən.Dönüb ildırıma gurladım, çaxdımMüzəffər şairin sorağıyla mən.
Bələdçim eyləyib mən öz qəlbimiGirirəm qaranlıq məhəllələrə.Bax, bu cür nabələd gəldi NəsimiAmalı naminə həmin şəhərə.
Eheyy! - dilə gəldi qaranlıq, Hələb:Yəni bir belə çoxdur cürətin?!Yanır zahidlərin gözündə qəzəb:
Məni qorxutmayır odu dəhşətin.
Eheyy! əks-sədam haray qoparır:Zahidlər indi də qalırlar yəni?Hələbi müdhiş bir qəhqəhə sarır,Zahidlər dövrəyə alırlar məni.
Solğun günbəzlərin yarıqlarından,Qədim qapıların əndazəsindən,Uçuq hasarların qırıqlarından,Köhnə məscidlərin darvazasından.
Susuz quyuların kalafasından.Kirli bazarların kif havasından,Paslı qıfılların açar yerindənQara qarğaların uçar yerindən.
Hələbin hörümçək dalanlarından,Dirəyi çürümüş eyvanlarından,Çökmüş qəbirlərin baş daşlarından,Pünhan mücrülərin qaş-daşlarından -
Zahidlər güdürmüş məni sən deməZahidlər üstümə tökülür qəfil.Par-par parıldayır əllərdə qəmə,Bu zaman qaranlıq sökülür qəfil.
Babam Nəsiminin nurani üzüZülməti səhərə döndərir bu dəm.Zahidlər guruhu tərk edir bizi,Çaşqın gözlərimdə dəyişir aləm.
Mən köhnə Hələbdə qəribəm, təkəm,Demə təkliyimi bilib Nəsimi.Çoxdan həsrətiylə qəlbi kövrəyəmEşidib, öyrənib gəlib Nəsimi.
Yenə də zahiddir səslənir bu dəm:Eheyy! Qorxmayırsan, bura Hələbdir!Bizim fitvamızla ömrün olar kəm,Görmürsən cəlladlar nə dotələbdir?!
Eheyy! Xoş gəlmisən - deyir Nəsimi, -
Qorxma zahidlərdən, mabədə oğlum!Mən çoxdan bilirəm zahidlər kimiQorxaq görünməmiş dünyada oğlum!
Qanlı yaralarım çoxdan sağaldı,Gəl canım-ciyərim gəl qucaqlaşaq!Yenə zahidlərin rəngi saraldı,Qaranlıq gizlədi onları ancaq.
Qəbrim də onlara kəsildi düşman,Silə bilmədilər izimi, oğlum!Məni yada salıb vətənim, cahan,Bəxtəvər bilirəm özümü, oğlum!..
Biz köhnə Hələblə təzə HələbinDurduq hüdudunda söküləndə dan.Dişini qıcıdı gözlərində kinZahidlər guruhu yenə uzaqdan...
Açdı təzə Hələb öz qollarınıTəzə meydanları... insanlarıyla.Yurdumun uzanan dost yollarını
Bəzədi ətirli reyhanlarıyla.
Hələb! Məkkəm mənim. Mədinəm mənim!Səndə Azərbaycan əmanəti var.Çağlayır gözümdə sevinc, qəm mənimGörüşdə ağlayar, gülər adamlar...
Nəsimi şöhrətdir bəşəriyyətəŞöhrət zirvəsinin qaşındayam mən.Onunla qovuşdum əbədiyyətəBu saat altı yüz yaşındayam mən.
Suriya, Hələb şəhəri, 1973
Kitabxana.az · https://kitabxana.az/works/qabil-ehey
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Badi-səba, Yaradanın eşqinəEylə nəhan, söylə yarə dərdimi
VəqtidirGecə keçdi, dur ayağa, rəxt ü xabın vəqtidir,Tövbə istiğfara gəl indi səvabın vəqtidir
Qəlbimin parçasıQəlbimin parçası hər şerim ki, var,Ürək ağrılarım, ürək qanımdır.
Vay günüGör necə dönübdür dövri-zamanə,Vay günüdür müsəlmana vay günü,