Çarmıxa çəkilmiş körpü
Ömrün ağır gedir karvan illəri,İntizar quş olub qoy uçsun — dedim.Mənim qəm çayımın dərd sahilləri,Tale körpüsündə qovuşsun — dedim.Kökü dərin olsun,qanadı uca,Onun özülünü qanımla tökdüm.Ömür daşlarından körpü saldıqca,Sandım, kədərimi çarmıxa çəkdim.Töküldü ulduzlarkahkəşan kimi,Sanki yerə çökək dumandı körpü.Qolları gen açan bir insan kimi,Sahildən-sahilə uzandı körpü.Birdən körpü kimigördüm tənhayam,Artıq sona çatmış bir dözüm oldum,Dünyaya əlvida deyən dünyayam,Çarmıxa çəkilən mən özüm oldum.Çox baxdım, bilmədim heç bu sirr nədir,Körpüylə — dünyadanköçənlər gedir!Torpağı səmaya calamaq üçün,Toxundum günəşin məhrəm əlinə.Öz kədər körpümü mən atdım bu gün,Dünya sahilindən göy sahilinə.Qollarım ulduzla ay arasında,Özüm də ulduzam, yoxsa nəyəm mən!Deyirəm yer ilə göy arasında,Çarmıxa çəkilən bir körpüyəm mənSinəm geniş yoldur,bilməyən bilsin.Kaş mənim körpümləgedənlər gəlsin!
Kitabxana.az · https://kitabxana.az/works/nebi-xezri-carmixa-cekilmis-korpu
← → düymələri ilə keçid, R — təsadüfi şeir