Hacı Zeynalabdin çilçırağı
(Kərbalada)
Hər çıraq bənzəyir mavi bir aya,Ayın da göy rəngli xalları vardır.Sanki avizələr səpdikcə ziya,Zəncir çiçəyinin salxımlarıdır.
Tavanı heyrətlə seyr etdikcə biz,Səslənir dostların sözü mehriban.— Onları göndərib sizin yerliniz,Hacı Zeynalabdin — xeyirxah insan.
Necə doğmalaşdı onun ziyası,Qoy ürək söyləsin öz qürurunu.Xalqıyçın o yanan millət atası,Müqəddəs yerə də səpib nurunu.
İsindi könlümüz qanad açaraq,Rəhmətlik babamız, bu nəcib işdir.Harda düzəlsə də nadir çil-çiraq,Atəşi Bakıdan gətirilmişdir.
Ucalsın, ucaldan doğma diyarı,El onu eşqiylə gərək bəsliyə.Odlar ölkəsinin haqq alovlarıQovuşub bu yerdə müqəddəsliyə.
20 dekabr 1992
Kitabxana.az · https://kitabxana.az/works/nebi-xezri-haci-zeynalabdin-cilciragi
← → düymələri ilə keçid, R — təsadüfi şeir