Dünya burulğanlardünyası olub,İzləyir hər yerdə dəhşəti dəhşət.Bəlkə Xeyirlə Şər birgə doğulubBirisi işıqdır, birisi zülmət!

Niyə çalxalanıryerlə asiman,Bəlkə əsrin itən etiqadıdır?Xeyir — İlahidən gələn ərməğan,Şər isə şeytanın kor övladıdır!

Xeyir ümman qədər,Şər qətrə kimi,Qətrə rəngdən-rəngə bürünər bəzən.Dünyaya gəlsə də, ifritə kimiŞər — mələk cildində görünər, bəzən.

Görünər... o girərİnsan qəlbinə,Möcüzə yaradır fələk, — deyərsən.Pıçıldar bəzəkli yalanlar sənə,Nə çoxdur cahanda mələk, — deyərsən.

Tutar gözləriniqatı bir duman,Bir qılınc baş üstdə asılıb durar.Şər — hünər taxtına əyləşən zaman,Xeyir — həyasına qısılıb durar,Xeyir — əridəcəkzülmət qışını,Böyükdür Xeyirin səbri özü tək.Bəşər gözləyir ki, Şərin başınıXeyir ümidiylə haçan əzəcək?Qoy bağlansın göyə,yerə insanlar,Bəşər qaranlıqdan çıxsın işığa!Havadar olmasa Şərə insanlar,Xeyir — tez yol açar xeyirxahlığa!

21 dekabr 1996

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri