Ömür gəmisi
Göy şamlardan yonduğumBir sehirli gəmim var,Bir balaca gəmidəBir dünyalıq qəmim var!Sevdiyim gözəllərimGəmidə mənimlədir.Külək döyür hiddətləyelkənləri inlədir.Günəş üzlü gözəllərSoluxub mənim kimi,Axı illərdir gələnDəhşətli qənim kimi.Onlar birgə, təkəm mən,İllərin əzabınıVer təbiət, çəkim mən!Soyuq baxma, gözələ,Qəbahətdir, təbiət!Qəsd eləmə, gözələ,cinayətdir, təbiət!Kim cəza çəkməlidirBəşər məcəlləsilə,Göyün şimşəklərilə,yerin zəlzələsilə?Gözlərdən nuru alıb,Üzlərə qırış salıb,Qar səpmək pak saçlara,Bu oğru tək qəsd deyilQızıl-gümüş taclara?Dor əyilir,Tufanıyararaq gəmi gedir,Elə bil kainatınSirli aləmi gedir!
Mən bilmirəm, bilmirəm,hayana gedir belə,Ömrün xəyal gəmisi,xəyal gözəllərilə?Ağrılar ağrılardanAğırsa da, dözürəm,Nuhun gəmisi kimiAğrı dağı gəzirəm!
21 mart 2000
Kitabxana.az · https://kitabxana.az/works/nebi-xezri-omur-gemisi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Allahı sevərsən a Loğman həkimVarım deyim dağa daşa dərdimi
Tarixi-Cədidi QarabağMİRZƏ RƏHİM FƏNAMirzə Rəhim Fəna (1841-1929) Azərbaycanın tanınmış şairi və ictimai xadimlərindən biridir. Xan qızı adı ilə məşhur olan Xurşidbanu Natəvanın yanında xidmət etmişdir. 1864-cü ildə Mirzə Rəhim Fənanın təşəbbüsü ilə Şuşada "Məclisi-üns" ədəbi məclisi yaradılmışdır. Sonralar da o, məclisin rəhbərlərindən biri olmuşdur. "Məclisi-üns" haqqında dəyərli xatirələri ikicildlik "Azərbaycan ədəbiyyatı" əsərində əlavə şəklində çap edilmişdir. Şeirlərindən nümunələr inqilabdan əvvəlki dövri mətbuatda: "Təzkireyinəvvab", "Riyazül aşiqeyn" əsərlərində çap olunmuşdur. Tarixə və ədəbiyyata geniş marağı olan Mirzə Rəhim Fənanın "Tarixi-cədidi Qarabağ" əsərindən yalnız bəzi fraqmentlər mühafizə edilmişdir ki, oxuculara təqdim olunur. Əsərin ərəb əlifbasından transliteriyasını Arif Ramazanov etmişdir.
GözəlinGözü bademdir, gərdəni mina,Şüşədəndir sol-sağı gözəlin.
CavidinNaxçıvanda Cavid çıxdı qarşıma,türbəsiydi indi vətən Cavidin.