Yuxulardan yuxulara
Nə zaman görmüşəm,Səni nə zaman?Hər an sığınmışamEtibarıma.Sən hələ dünyayaGöz açmamışdanGəlirdin astacaYuxularıma.
Cahan gur işıqlaElə doldu ki,Qoşdum zirvələrdənMən düzə kimi.Özüm də bilmirəmNecə oldu ki,Birdən gördüm səniMöcüzə kimi.
Kədərlə qarışıqSevinc duydum mən,Baxanlarsa, məniBəxtəvər sayır.Eyni bir taleliİnsanlar görən,Nə üçün dünyadaAyrı yaşayır?
Başqa bir ümid dəOyanır məndə,Sən də sığınarsanEtibarına.Bəlkə mən dünyadanKöçüb gedəndə,Gələrəm astacaYuxularına!30 yanvar 2002
Kitabxana.az · https://kitabxana.az/works/nebi-xezri-yuxulardan-yuxulara
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Xumar gözlərini sevəndən bəri,Dəxi özgəsinə uymanam, gəlin!
Təcnis: Salanıban Yaxşı çıxdı qəsrdənSalanıban Yaxşı çıxdı qəsrdən,Hüsnün zəkatı hər ayə yetər,
Qit'ə: Nazirə söylədim mənə şam gətirNazirə söylədim: mənə şam gətir,Dedi: vallah dolanmıram əlinki
GəlməsinEşitmişəm yar yanında müddəi,Deyib Sabit bu samana gəlməsin,