Cavidin
Naxçıvanda Cavid çıxdı qarşıma,türbəsiydi indi vətən Cavidin.Şahlıq quşu gördüm qonub başına,sürgünlərdə qəbri itən Cavidin.
Tutdurdular, öldürdülər şairi,yasaq oldu o şairlər şairi.Türbəsinə qoymayın hər şairi,ruhu pakdı ilahidən Cavidin.
Qılıncını üstə çəkdi xəyanət,köməyinə nə dost çatdı, nə millət.İlhamından qisas aldı cəmiyyət,taleyindən üzü dönən Cavidin.
Gedən getdi, qalanları qaldılar,Xiyabanda fəxri yerlər aldılar.Atabəylər torpağında yadigarCavid qaldı fəxri adı Cavidin.
Başqaları bir ağ günə çıxdılar,tamaşaydı, səsə-ünə çıxdılar.Yer altından, yer üstünə çıxdılar,dalısınca Müşfiq, Hadi Cavidin.
Naxçıvan,14-16 may, 1999
Kitabxana.az · https://kitabxana.az/works/neriman-hesenzade-cavidin
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Səni qaldıranacan,can verdik, nə qədər can.
Elə durmaUzunsaçlım,“qaçqınım”,
ZirvəZirvəyə qalxıram dolama yolla,bu yol əziyyətdi, tamaşa deyil.
Ankarada Məmməd Əmin Rəsulzadənin məzarıDaş üstə yazı: “İnsanlara hürriyyət, millətlərə*istiqlal!”. Son nəfəsində o üç dəfə “Azərbaycan!”*
Başqa şairlərin şeirləri · Vətən
Bizim Qafqaz dağlarından şırıl-şırıl süzülən,Çəmənlərin gərdəninə inci kimi düzülən,
DolaşmaEy Molla dayı, gəl bu müsəlmanə dolaşma,İnsaf elo, hər sahibi-iymanə dolaşma.
DağlarYenə sizi gördüm, könül tərlanıVətən dağlarına uçdu, a dağlar.
İt günündəDövrə ümid eylədik, dövran da it günündə,Alim də it günündə, nadan da it günündə