İt günündə
Dövrə ümid eylədik, dövran da it günündə,Alim də it günündə, nadan da it günündə
Ağ əllərdə ağ əlcək, o gündən daha əl çək,Əyində köhnə pencək, canan da it günündə,
Adam girir min dona, macal yoxdu şeytana,Əsir düşüb insana, şeytan da it günündə.
Əsgərimiz bittənib, nazirimiz əttənib,Qızlarımız lüttənib, oğlan da it günündə.
Fikir çapır hər yana, güc verirəm qəlyana,Qıçım girir yorğana, yorğan da it günündə.
Atdılar vətəndaşı, satdılar Vətən daşı,Qoy Vətənə başdaşı, ehsan da it günündə.
«Qrad» kimi od saçır, guya xalqa yol açır,Gec tutulur, tez qaçır zindan da it günündə.
Çatdı xəbər hər yana, tez yığışın meydana,Baltalandı «topxana» meydan da it günündə.
Ay Xocalı, Xocalı, uşaqlı həm qocalı,Qaçmaqa yox macalı, fərman da it günündə.
Cahan gedir süquta, Quran yetir sübuta,Kəfən baha, su xılta, insan da it günündə.
İtim, gəl dur önümdə, gəl başına dönüm də,Sən Pünhanın günündə, Pünhan da it günündə.
27 aprel 1996, Bakı
Kitabxana.az · https://kitabxana.az/works/punhan-it-gununde
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ya Rəbb, bu elin bülbüli-şeydalari qaçqın,Bağbanı didərgin güli-rənaləri qaçqın.
Başda baş bədənsiz olarXəzanə dönsə bahar, bağ yasəmənsiz olar,Fəraqdən batar bu bağ, yasə mənsiz olar.
Şam ağlasınXalqımın bayramıdır, boş süfrədə şam ağlasın,Bayramın axşamına, sübh gülsün axşam ağlasın.
Yaxşı güzarana sürümƏlimi şanə edim saçlarına şanə sürüm.Saçına tağ ayırım hər teli bir yanə sürüm.