Xalqımın bayramıdır, boş süfrədə şam ağlasın,Bayramın axşamına, sübh gülsün axşam ağlasın.

Göz yaşıynan süfrəyə qoysun ana, qəm xonçasın,Paxlava, şəkkərbura olsun xəyal xam ağlasın.

Olmaq olmur, ölmək olmur, düşdüyümMüslümün rüzgarına Hamletlə Vilyam ağlasın.

Milli Məclis dinməsin, sussun bu bayram axşamı,Qoy çadırlar səmtinə, çəksin bir əncam ağlasın.

Əndamı yanmış amerkan neftimizdən zər geyib,Neftçinin üst-başına baxsın, bu əndam ağlasın.

Yurduma sərvət dalınca karivanlar gəlmədə,Hürməyi vecsiz sayan karvana ham-ham ağlasın.

Qoy yesin fındıq, ləpə, Novruzda harın ingilis,Novruzu yıxsın ləpə, batsın, bu bayram ağlasın.

Od vurar bir gün bəni-İsrailə başsız Hüseyn,Vurmasa od, qatili-İsaya, qoy Şam ağlasın.

«Zülfüqar»ım hardadır, Sahib-Zamanım ordadır,«Zülfüqar»ım burdadır, Turanda «Qunqam» ağlasın.

Pünhanın eyhamını, baş sındırıb dərk eyləyən,Pünhanın edamına, versin sərəncam ağlasın.

25 fevral 1998. Bakı

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən