Ədalətdən mən ədalət istədim,ürəyimin dağı yaman dağ idi.Eşq oduna yandırırdı Kərəmi,yandırmasa, Kərəm hələ sağ idi.

Təzənəyi sağ əlində əsirdi,Xan Əslini pərdə-pərdə gəzirdi.Barmaqları soruşmaqdan bezirdi,hardan keçib, gördüm deyən yox idi.

Bazarı qəm, Kərəm qəmə müştəri,yolu uzaq, ara düşmən çəpəri.Qul olmuşdu Xan Əslidən ötəri,“can” deyirdi, eşitdiyi lağ idi.

Mən qul oldum, xan oğlu Xan Kərəmə,Rəhm eliyin, siz Nəriman Kərəmə.Toy çalırdı toysuz qalan Kərəmə,güləni az, ağlıyanı çox idi.

Şəmkir,4 aprel, 1998

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri