Şair və şah
(Əfsanə)
Vəzir qaşqabaqlı içəri girdi,Xalçaya döşənib o salam verdi.
— Nə demək istərsən, ey sadiq insan,Söylə nə olub ki, həyəcanlısan?
— Şairlər şairi dediniz ona,Gərək layiq olsun şahlar şahına.
Şairlər şairi... Qibleyi aləm,Vallah heç bilmirəm — mən necə deyəm...
Siz vurun boynumu varsa, günahımYerlər sizinkidir, göylər Allahın.
Allahdan yazır, o, şahı unudur.Allahı o sizdən yuxarı tutur.
...Zər taxtın üstündə şah qurcalandı,Elə bil gözləri qırmızı qandı.
— Yığır dövrəsinə o cavanları,Vəsf edir ayları, asimanları.
Düzdür Allahı da unutmaq olmaz,Şahı ilahiyə tay tutmaq olmaz!
— O böyük bəlaymış, bilməmişəm mən.Mənim yaxşılığım gəlsin gözündən.
— Mən necə söyləyim vallah ayıbdır.Deyəsən o burda harınlayıbdır.
Onu dinləməyə el-elat gəlir.Məgər bunlar sizə zarafat gəlir?
Sizin əmrinizlə qibleyi-aləm,Mən dara çəkilsəm şərəf bilərəm.— Bəlkə birdəfəlik boynu vurulsun!Yox, vəhşi səhraya sabah qovulsun!Qoy gedib qurd-quşa orda yem olsun!
Rahat nəfəs aldı Vəzir bu anda.Nur söndü sarayın otaqlarında.
...Şairlər şairi batıb qan-tərəÜz tutdu alovlu, odlu çöllərə.Vəhşi heyvanlara o mehman oldu,Heyvanlar insandan mehriban oldu.Axdı ürəyindən söz misra-misra,Döndü mağarada daş yazılara.Yadigar qalmaqçın bütün bəşərə!Aylara, illərə və nəsillərə!
...Bir günsə bir xəbər çatdı səhraya;Padişah əlvida dedi dünyaya.Şairsə qəlbində illərin dərdi,Şahın qəbri üstdə fatihə verdi.O, bir çinar əkdi məzar yanında,Gətirib su tökdü ovuclarında.
...Bir gün tufan qopdu, dəşhətli tufan!Qumlar dəryasında çalxandı cahan.
Şah qəbri qumların altında batdı,— Çinarsa, ucalıb göylərə çatdı.
Şair ürəyinin ədalət sözü,Caladı işığa qara gündüzü:"Ya Allahım,ölüm unudulsa da,Zülüm unudulmur əsla dünyada"
Dəyişir dövranlar,ötür zamanlar,Çinar səcdəsinə gəlir insanlar!
6 aprel 2000
Kitabxana.az · https://kitabxana.az/works/nebi-xezri-sair-ve-sah
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Şəhidlərin xatirəsinə*Yollar... ulu babaları görən yollar,
MünacatƏlay, cümlətən məzlum olub məhbus olan canlar,Xüsusən aliciahlar, hacılar, bəylər, müsəlmanlar,
QəhvəGörək nə nüsxədi yaran, yüzü qara qəhvə,Nə çox qara yüzü ağ eyləyib qara qəhvə,
Mənzumə: Gənə bilmirəm bu nə güftardırGənə bilmirəm bu nə güftardırNə rəsm ü nə ayin kirdardır