Zəriflik
Lalələr parlayanÇəməndə, düzdə,Sanki büllur axan sudur zəriflik.Hər gün kobudlaşan zəmanəmizdə,Elə bil ilahi nurdur zəriflik.
Açılır ürəkdənÜrəyə izlər,Göydən Günəş çıxır, ümmandansa dürr.Zəriflik sükutla danışan gözlər,Bir də o gözlərin təbəssümüdür.
Sən gəl mehribanlıqÖnündə əyil,Kimə qismət olsa, səadətdir o.Zəriflik dünyada zəiflik deyil,Bəlkə də ən ulu bir qüdrətdir o.
Kobudlar yanındanTufan kimi keç,Zərif insan gördün başına and iç!
Axı həyat sənəDemir, sev kimi,Verir təzə-təzə nəsil məhəbbət.Qışqıran sevgilər məyər sevgimi?Səssiz baxışlardır əsil məhəbbət.
Məhəbbət — bəşərin,zərrin tacıdır,Zəriflik, nəciblik qoşa bacıdır.Cavandır, nə qədərQocalsa dünya,Səadət — əzəli, əbədi olsun.Zəriflik üstündə ucalsa dünya,Qoy dünya nəciblik məbədi olsun!4 may 1997
Kitabxana.az · https://kitabxana.az/works/nebi-xezri-zeriflik
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Nə mülkü mal mənə çərx versə məmnunam,*Nə mülkü maldan avarə qılsa məhzunam.*
Səba yeliNə yanar kimsə mənə atəşi-dildən özgə,*Nə açar kimsə qapım badi-səbadan qeyri.*
Kitablar və əzablar(Poemadan parçalar)Mənə doğmasınız, mənə yadsınız!*
Ana("Ana", "Bacı" və "Ömür yoldaşı" üçü birlikdə"Əbədiyyət poemaları" adlanır)*
Başqa şairlərin şeirləri
Çəməndə naləni ögrəndi mürğani-çəmən məndən,Qəmalud olmağı kəsb etdi bərgi-yasəmən məndən.
NeylimBahar oldu, qurı çaylar daşalı,Sökuldu könlümün bəndi, neylim.
NuxaTərif edim Nuxa yerin yerləri gülşən kimidir,Söyləyib danışmağı hər biri bir can kimidir,
OxuOxu, sevdiciyim, öz həvəsinlə!İlham qanadlanır sənin səsinlə.