Toxum səpək ürəklərə
Dərdi verək küləklərə,Ağlamayaq için-için.Toxum səpək ürəklərə,Xeyirxahlıq göyərməkçin.
Nur ol, ötsün zil-qaranlıq,İnam varsa, söz qətidir.Yaxşılıqla mehribanlıq —Məhəbbətin qüdrətidir.
Bulaq kimi sısqa axma,Mərdlik coşan gur dənizdir.Yaxşılığa əvəz umdun,Yaxşılığı yerə vurdun.
Namərdlərə mərd söyləsən,O ilan tək çalar səni.Sən minnətli çörək yesən,Boğazında qalar sənin.
Dad yox, yadlar çörəyində,Haram üstə əsən qışam!Əlim Allah ətəyində,Kimsəyə əl açmamışam!
Halallıq var, mən də varam,Nolsun oxum dəyir daşa!Torpaqda da uyuyaram,Pak vicdanla mən baş-başa!
18-19 fevral 1996
Kitabxana.az · https://kitabxana.az/works/nebi-xezri-toxum-sepek-ureklere
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Duanəvisdə kəşfü kəramət axtarma,Buyur həmamə və lakin nəzafət axtarma!
ÇarxlarımNə qollar yada salsın ənginlərin quşunu,Nə əllər, nə ayaqlar həyatın yoxuşunu
İstəyüp dərdinə eşqin bulmazam andan dəvaİstəyüp dərdinə eşqin bulmazam andan dəva,Nə qədərdür yaşuma çün bilməzəm andan qəza.
Oddan keçmə söylənciBurda şax-şax şaqqıldayır bulaqlar,Bulaq idi duru-duru adamlar,