(Lənkəran mahnılarından)

Gül-çiçəyi dərərəm, nar-nar,Əlvan çələng hörərəm, nar-nar.Hər gün səni görəndə, nar-nar,Öz bəxtimi görərəm, nar-nar,

Dağlara gün düşəydi, nar-nar,Demə, neyçin düşəydi, nar-nar.Bizim evin yanından, nar-nar,Yolun hər gün düşəydi, nar-nar,

Qanadlanıb uçaydım, nar-narQəmdən uzaq qaçaydım, nar-nar.Ürəyimi bir axşam, nar-nar,Sevdiyimə açaydım, nar-nar,

Buz bulaqdan içəydik, nar-nar,Dostu yaddan seçəydik, nar-nar.Barı bizim küçədən, nar-nar,Bir gün qoşa keçəydik, nar-nar.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri