Səni görən gündənDəyişdi dünyam,Nurumu nurunaQata bilmirəm.Sən parlaq Günəşsən,Mən solğun Ayam,İzincə gəlirəm,Çata bilmirəm.

Şəfəqlər kainatsinəsindədirİşığın məndədir,Qəlbim səndədir!

Elə bil çıxmışamÖmrün qışından,Yoxsa yaz qanadlıQaranquşam mən?Elə bil dünyanınyaranışından,Sənə həsrət üçünDoğulmuşam mən!

İsti şəfəqlərləGözlər güləndə,Təbiət qoynundaNur unudulur.Axı Ay Günəşəyaxın gələndəGünəş də deyirlərO gün tutulur.

Sənə yanaşsam daMən aram-aram,Səni nur yolundanNecə saxlaram?Ürəkdə qalacaq arzu da, kam da?Ayam, yoxsa sönmüşBir çırağammı?Səni addım-addımMən arasam dahaçansa mən sənəÇatacaqammı?

11 aprel 1999

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri