Öz nəslini dahi sayıbDahi olandan, haray!Mərtəbəsiz mərtəbədənHaray salandan haray!Yaltağın özü yaltağaYaltaq deyəndən haray!Uca-uca rütbələrəBoyun əyəndən haray!Oğru gəldi mən qaçdım —Haray — səsindən haray!Cibindəki oğurluqPul kisəsindən haray!Rüşvətxor dedi ki, rüşvətYamanca artdı, haray!Özü alan rüşvətsəİndi ikicə qatdı, haray!Şəxsin on-on tikdirdiyiZərli saraydan, haray!Gur haray bağıranlardanCoşan haraydan haray!Nəbi, sənin ürəyindənAxıb gəldi bu haray!Bəlkə…Bəlkə…Haradasa eşidildi bu haray!

19 iyul 2004

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri