Mükafatımdır
Mükafat nə qızıl, nə də dəmirdir,Mükafat inamım, etiqadımdır.Qiyməti nə xanlar, xaqanlar verir,Xalqın bircə sözü mükafatımdır.
Ağır cığırlardan astaca keçdim,İllər zirvə-zirvə xatiratımdır.Dərin bulaqlardan acı su içdim,Olsun, bu da mənim mükafatımdır.
İlhamın qədrini bilmədim bəzən,O mənim küsəyən köhlən atımdır.Ulduzlar qoynunda ulduz tək süzənSonra dönüb gələn mükafatımdır.
Gəldim şerə eşqin etibarıyla,Dedim sənət mənim kainatımdır.Qəlbdədir günəşi, ulduzlarıyla,— Mənim kainatım mükafatımdır.
18 may 2000
Kitabxana.az · https://kitabxana.az/works/nebi-xezri-mukafatimdir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Gedirəm, yenə də qayıtmaq üçün,Ömür evə dönüb - ev birotaqlı,
Gəraylı: Ala gözlü nazlı yardanAla gözlü nazlı yardanMən dönərəm, könül dönməz,
Nidayi-millət yaxud amali-vətənpərvəranəEy əhli-vətən, tərk eləyin büğzü ləcuci!Bir dəm arayın halımıza rahi-əlaci!
MünacatƏlay, cümlətən məzlum olub məhbus olan canlar,Xüsusən aliciahlar, hacılar, bəylər, müsəlmanlar,