Tur dağında
Uzaq ellər gördümyaz çağında mən,Sanki əbədiyyət yoluyla keçdim.Əyilib müqəddəs Tur dağında mən,Qədim bir bulağın suyundan içdim!
Dövrəmi almışdıgüllər, çiçəklər,Mən vida demişdim kədərə, qəmə,Vadidən məlhəm tək əsən küləklərSərinlik yayırdı mənim qəlbimə.
Bulud sıralandıbaşımın üstdə,Məni od, Günəşdən qorumaq üçün.Torpaq nə arzuda,göy nə həvəsdə?Sanki möcüzələr günüydü bu gün!
Vadi uğuldadı...Titrədi səslər...— Əgər peyğəmbərsən sən su ver bizə!Artıq hədəqədən çıxırdı gözlər:— Susuz cəhənnəmdir göylə yer bizə!
Bu an rəhmə gəldiulu Yaradan,Tur dağı büllur tək fəvvarə vurdu.İçib vadi boyu axan sulardanİnsanlar Tanrıya duaya durdu.
Çox baxdım yerlərinsirli izilə,Mənə arzuladı kimsə yaxşı yol!
Ey ulu Allahın iradəsiləBəşərə su verən Tur dağı var ol!Zaman düşən deyil,Köhlən atından,Qovuşdum bu sirrin mənasına mən.Uzaq möcüzələr kainatındanQayıtdım həqiqət dünyasına mən.
Bu gün əbədiyyət yoluyla keçdim,Bəşərə su verən bulaqdan içdim.
6 may 2001
Kitabxana.az · https://kitabxana.az/works/nebi-xezri-tur-daginda
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Dedim mərqum edəm ol yarə kağız,Mənə bəlkə qıla bir carə kağız.
KönülBahar fəsli, yaz ayları gələndə,Uca sərt dağlardan qar istər könül.
Bir bəzm ola ki, bir mən olam, bir də yar olaBir bəzm ola ki, bir mən olam, bir də yar ola,Gülzar ola, çəmən ola, fəsli-bahar ola.
Gəraylı: Nə baxarsan oğrun-oğrunNə baxarsan oğrun-oğrun,Oxşar marala gözlərin,