Şeri mən yazmıram,Özü yazılırÜrəyin dediyiSözü yazılır.

Sevgi misralarıDüzüm-düzümdürSinədə titrəşənSirli sözümdür.

Məhəbbət ordadır,Nifrət də ordaMən ona dözürəmSoyuqda, qarda.

Ağrını, acınıQəlbimdir görənSözlər axınladır,Mənəm köçürən.

Fikirlər layiqcəSöz mübarəkdir.Şair mən deyiləm,Şair ürəkdir!

Uzanır ömrümdənSehirli bir yol,Sənə minnətdaram,Ürəyim, var ol!

Ey qələm sahibi,Yaxşıca bil sən,Ürəksiz yazdınmı,Şair deyilsən!21 iyul 2004

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri