Qatarın tələsdi,Sənmi ayrıldın?Bəlkə də yorulubYollarda qaldın?Kimi axtarırsanİndi, a durnam,— Sanki bir ah çəkdiSehirli dünyam.

İpək qanadınıAçıb gedirsən,Söylə, hara beləUçub gedirsən?Sənin harda qaldıBaharın, yazın?Durna da dünyadaTənha olmasın!

Birdən göyə qalxdı,Yerə şığıdı,Sanki üfüqlərdəBəyaz nurdu o,Nidası mahnıydı,Yoxsa ağıydı?İlkin nəğməsiniOxuyurdu o.Beləcə ah çəkibSon nəfəsiylə —Əsrə vida dediİlk nəğməsilə.

27 iyul — 23 avqust 2003

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri