(Nəğmə)

İşıqlı ümidlərDumana döndü,Soyuq qış nəfəsli yaz oldu bu gün.Görüş gözləyirdim, hicrana döndü,Mənim taleyimdən pozuldu bu gün.

Ömrümün intizarSəhifəsinəDedim: bəlkə nurla yazıldı bu gün!Yad tək qulaq asdım sənin səsinə,Mənim taleyimdən pozuldu bu gün!

Bu günü necə dəMən gözləyirdim,Sevincimin ömrü az oldu bu gün.Bu günə tanrıdan bəxşiş deyirdim,Niyə taleyimdən pozuldu bu gün?

Vüsal işığınaMən yol gedərkən,Bir arzu həsrətə yozuldu bu gün.Ürəyində mənəm, ürəyimdə sən,Neçin taleyimdən pozuldu bu gün?

7 aprel 2001

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hicran