Dünya zinətininBizik varisi,Nələr yaşamadıqBiz ömür boyu.Görmüşdük həyatdaSu mirvarisi,Bu gün hardan çıxdıMirvari suyu?

Dən-dən mirvarilərBoyunlar bəzər,Neçin mirvariyətutuldu gözlər?

Mən nə okeandım,Nə də ümmandım,Ki, mirvari çıxsınLəpələrimdən!Mən bu mirvariniÖzüm qazandım,Gözümdə gözüm təkƏzizlərəm mən!

Soyuq bir dumandırDövlətim, varım,Dağda da onun təkSis — duman olmaz.Elə mirvaridirMənim mirvarim,Ondan bəxşiş olmaz,Ərməğan olmaz!

Gedir karvan illərQəm çəkə-çəkə,Uzaq xəyallardaYar-yaraşıq var.

Görməmək görməkdənYaxşıdır bəlkə,Bəlkə korluqda daParlaq işıq var?

Çökəcək dünyayaBir zülmətli sirr,Kaş qismət olmasınBu dərd heç kəsə!Deyirlər göz görür,Könül də sevir,Necə sevəcəyəmGözüm görməsə?

17 aprel 1999

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri