Xəstəyəm.Qalmışam dağlara həsrət,Uca zirvədəkiAğ qara həsrət.Ulduzam.Baxıram mən aya həsrət,Qurumuş vadiyəm,Gur çaya həsrət.

Eyvandan günlərləBaxan qız hanı?Mənə həsrətliyəMən özüm həsrət.Onu axtarıramGəzib dünyanı,Əfsus ki, gecikmişSon sözüm — həsrət!

Zaman axıb getdi,O, harda qaldı?O, bir həqiqətdi,Yoxsa xəyaldı?

Dərddir öz əlinləPozulan həsrət,İllər əqrəbindənAsılan həsrət!

Nə böyük bəlamışBildim cahanda,Həsrətin özüyçünHəsrət qalanda!

18 fevral 2004

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hicran