Əzəldən heç belə bilməzdim səni,Qəlbimdə ilk arzu, ilk həvəs oldun.Qışda bahar kimiÇox gəzdim səni,Yaz gəldi, qar kimiGörünməz oldun.

İllər ötüb keçdi arzular təki,İndi axşam-səhər axtar sən məni.Qışda bahar təki,Yazda qar təki,Axtar sən məni,Tapamazsan, nə qədər axtarsan məni.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri