"Cənnət qılıncların kölgəsindədir"Həzrəti Məhəmməd

Qılınc ovxarlanıbhaçan, hansı gün?Döyüşdə səslənib,səslənəcəkdir.Bəli, cənnəti də qorumaq üçünDüşmənə od saçan qılınc gərəkdir!

Ahı ərşə çatırDağın aranın,Amma başım üstdə inam tacı var.Cənnət dediyimiz Azərbaycanın,Qılınca ən böyük ehtiyacı var.

Satqınlıq bura yolAçandan bəri,Torpaq nalə çəkdi.El darda qaldı.Nə çoxdur tərəzi cingiltiləri,Qılınc cingiltisi bəs harda qaldı?

Daha bəlalaraDeyək: — Əlvida!Qılınc qığılcımı yadı dağlasın!Qəzəb qılınc kimi iti olsa da,El zağlı qılıncı uca saxlasın!

Bir söz əsrlərcəMəşhur olubdur,Qılıncı pas atan insan məğlubdur!

11 oktyabr 1997

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən