Uzaq kainatdanGələn nurmusan,Gözündə ilahiİşıqlarmıdır?De, hansı ulduzdaSən doğulmusan,Yerdə sənin kimiGözəl varmıdır?

Bəlkə bir arzununQanadıyıq biz,Ürəklər qoşadır,Ürəklər yalqız.Ayın, ulduzlarınÖvladıyıq biz,Bəs niyə barışmırUlduzlarımız?

Bəlkə doğmalarıq,Bəlkə yadlarıq?Bəlkə başqa-başqaKainatlarıq!

Yox, sən taleyimdə,Ömrümdə varsan,Ayrı bir ulduzdaAxtarma məni!Vallah, sən o qədərCazibədarsan,Cazibə qüvvəndənÇıxarma məni!

Nagahan görüşlərKeçir an kimi,Son vermir ürəyinİxtişaşına!

Ay Günəş başınaDolanan kimi,Qoy mən də dolanımSənin başına!

Ulduzlar ən nurlu,Uzaq nəğmədir,Həyatın nəğməsiSənin səsində.Sənsiz yer kürəsiBir əfsanədir,Yaxşı ki, sən varsanYer kürəsində!

14-15 mart 1998

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri