Əzab gördüm sevib erkənMən də belə divanəyəm.Mən ehtiyac içindəykənVar-dövlətə biganəyəm.

Böhtan yazır paxıllarım,Mən bilirəm özüm nəyəm.Quyu qazır paxıllarımKin-nifrətə biganəyəm.

Nadan qəlbdə qəzəbə bax,Gərək ona nifrət deyəm.Eşitdiyim yaltaq-yaltaqSöz-söhbətə biganəyəm.

Bəlkə də mən bu aləmdəYazılmamış əfsanəyəm.Mən ad-sana yetişsəm dəŞan-şöhrətə biganəyəm.

Qol-budaqlı çinaram mən,Mərd nəsildən nişanəyəm.Qorxum yoxdur heç kimsədən,Güc-qüvvətə biganəyəm.

Qəlbdə coşar sevgi yenə,Gərək eşqə mən baş əyəm.Deməyin ki, mən biganə,Məhəbbətə biganəyəm.

4 mart 1996

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri