Gözlənməz varlılarçıxıb ortaya,Dükanlar açmaq da heç çətin deyil.Vaxt — kimə gülüşdür, kimə ağlamaq."Şöhrətli" peşələr gəlib dünyayaOnların heç biri səninçin deyil.Buna əfsus demək yaraşmaz, ancaq.

Kimlərsə bəzənibzərə-xarayaSanki həvəs başqa, zövq həmin deyil!Geyim kəsik-kəsik, çiyinlər çılpaq.Əcaib dəblər ki, gəlib dünyayaOnların heç biri səninçin deyil.Buna əfsus demək yaraşmaz, ancaq.

Bənzər əsl gözəlGünəşə, Aya,Yuxular görürsən, yuxun çin deyil.Arzun da şimşək tək bir an çaxacaq.Nə qədər gözəllər gəlib dünyaya,Onların heç biri səninçin deyil.Buna əfsus demək yaraşar, ancaq.

11 aprel 1997

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri