Dedim: — Nigar, bax, çaya,Nigar girdi bağçaya.Dərdi qəşəng meyvələr,Düzdü kiçik taxçaya.

Dedim : — Nigar, bax, AyaArzularla çıx, Aya!Gül dərdi Ay nurundaNigar taxdı yaxaya!

Dedim : — Nigar, bax, gölə,Göydən işıq tökülə.— Göldə qızıl balıq var, —O dedi gülə-gülə.

Dedim : — Nigar, bax, düzə.Gülsün nur tək baxt üzə.Sən özün yaraşıqsanGöy çəmənə, ağ düzə!

22-26 oktyabr 1996

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar