(Mənzərə)

Coşqun külək əsir qatı dumanda,Haçaq susacaqdır, bu külək haçaq?Elə tufandır ki,sanki bu andaDəniz məcrasından daşıb çıxacaq!

Bəlkə kömək umur sahillər bizdən.Qaynadır yağışlar nəhəng dənizi.Sulara baxırıq pəncərəmizdən,Sular ayırmışdır sulardan bizi,

Leysan elə tökür,elə tökür ki,Daha boylanmayır üfüqdən Günəş.Gündüzə elə bir zülmət çökür ki,Necə? Qala bilər şəfəqdən Günəş?

Bir nisgil səslənir boz dalğalardaÇinar gözü yaşlı göyə boylanır.Mən qibtə edirəmora ki, ordaGün çıxıb dənizlər od tutub yanır.

26-28 sentyabr 1996

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar