Gedir aram-aramöz qatarıyla,Gah susur, gah dinirgah uçur illər.Hardasa zınqrovsədalarıyla,Cahan karvanınaQovuşur illər.Gedir ləngər iləO asta-asta,Ardınca nə qədərnanəcib gedir.Yanır göy qurşağıKarvanın üstdə,Zərrin tac altındanO keçib gedir.Gedir, hardan, haçan,Yollara çıxıb,Mavi üfüqlərəmehriban olur.Yerdə dərin-dərinaçılan cığır,— Göylər sinəsindəKəhkəşan olur.Gedir, doğulduğumO, uzaq gündən,Yolda çinar dururcərgələnərək.İstidə karvanınƏsir üstündən,Xəzərin ətrinigətirən külək.Gedir, öz yolundanDönən deyil o,Üfüqdə nur yanırNur sönür bəzən.Onun qarşısındaQum təpəsi yox,Dəmir barmaqlıqlarGörünür bəzən.Gedir, tufan qopubyellər əssə də,Durmayıb dünyadagedəcək yenə.Karvan sarbanınıitirərsə də,O məndən sonra dagedəcək yenə!

2 yanvar 2000

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri