Allahım, lütf eləDe, bu nə işdir?Müqəddəs məhəbbətHara getmişdir?Kim deyər Məcnun varYoxsa Leyli var,Onlarla yox olubİnam, etibar?

Məcnun köhnəlikdir,Leyli köhnəlik.İndi “sevgi” olubBircə gecəlik.Fəqət cavanlarınDilinə gəlmir:“İnsan köhnəlsə də,Sevgi köhnəlmir!”

Axşam əlvan-əlvanPaltar geyinən,Qızlar “tanış” evəGedir bir dəstəGündə neçəsinə“Sevirəm” deyən,Neçə dollar öpübQoyur göz üstə.

Bu Məcnun görəsənNecə insandır.Ürəkdən gülüşürTəzə Leylilər.Cibi boş, rütbəsiz,Üst-başı cındırMüasir LeylilərOnu neyliyər?

Nə deyəsən beləYoluq insanaHələ opera daYazıblar ona.

Allahım, lütf eləSəcdə qılmağa,Qadir məhəbbətiQaytar insana.Ürək istəyiniİncə çalmağa,Əzəldən bəzəkdirSevgi cahana.

Gözlərdən yaşlarıBiz silə-siləQayıdaq sevgiyə,Allah, lütf elə!

26 iyul 2004

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri