Tufanla söhbət
— Yer də, göy də əsir sən coşan kimi,Bu qədər dünyada sərtlik ki, olmaz!— Eşit ürəyimi, dinlə səsimi,Tufanlar olmasa sakitlik olmaz.
— Çağlayıb coşduqca sən qaranlıqda,Axı neçə görüm tufan qəlbini?— Məndə qəzəb də var, mehribanlıq da,Fəqət sındırmaram insan qəlbini.
— Elə bil qovuşur yerlə asiman,Dənizdə dalğalar — hər biri dağdır.— Dünya təzələnir mən əsən zaman,Dərya çağlayırsa, durulacaqdır.
— Amandır, lalələr üstündən əsmə,Kübar sülalələr üzərindən əs!— Göylər də səs verir, mənim səsimə,Tufandan payını alacaq hər kəs.
— Tufan, haqsızlığa sən etirazsan?Bəs, neçin adınla yol almışam mən?— Əgər tufan dolu bir şeir yazsan,Deyərəm qəlbində yurd salmışam mən.
9 yanvar 2000
Kitabxana.az · https://kitabxana.az/works/nebi-xezri-tufanla-sohbet
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Zınqırov səsləri yeri titrədir,Karvan gedir görən, hayana sarı?
Bu gün zaman tərəzisi əyilmişdirBu gün zaman tərəzisi,Olub yalan tərəzisi.
Sahil evində axşamBirdən söndü işıqlar,yer batdı qaranlığa,
Bir sevgi gəmisi sahilə çatdıBir sevgi gəmisi sahilə çatdı,Göydən bulud endi, yer kölgələndi.