Sən əgər ki, tər tökməyibəkin əkdin,Əkin sənin deyildir.Sən ilhamsız fırça alıbşəkil çəkdin,Şəkil sənin deyildir.Sısqa çay tək sən ümmanaaxar olsan,Ümman sənin deyildir.Sən cahana soyuq qəlbləbaxar olsan,Cahan sənin deyildir.Yer üzündən ikiəllisən yapışma,Dünya sənin deyildir.Gölə uçub, sona qonsaatəş açma,Sona sənin deyildir.Heyrətlənmə qabağınasəhra gəlsə,Səhra sənin deyildir.Şeir yazsan, birdən asanmisra gəlsəMisra sənin deyildir.

22 dekabr 1989

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri