Gəl, bölək dünyanı ikilikdə biz,Dərə mənə düşsün,Dağı sən götür.Qalsın yer üzündə qoşa izimiz,Qara mənə düşsün,Ağı sən götür.

İlin övladıyıq yazla qış kimi,Fəsillər yaşasın yanaşı məndə.Biz ki, bir yerdəyik gözlə qaş kimi,Gözlər səndə qalsın,Göz yaşı məndə.

Gündüzü, gecəni əziz saxlayaq,Günəş sənə düşsün,Ay mənə qalsın.Coşqun sellər kimi birgə çağlayaq,Dəniz sənin olsun,Çay mənə qalsın.

Bizik bü dünyaya səninlə şərik,Bizsiz nə qış gülər,Nə də ki, bahar.Həyatda hər şeyi bölə bilərik,Amma bölünməyənBir sevgimiz var.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri