Lap indicə səndin ölən?Son anında səndin gülən?Sən də, sən də eşqdən güldün,Sən də eşqdən öldün, oğlan?

Ölümü eşqlə aldadanÖlüb ölümü balladan,Ölümü də sevgi dadan,O səndinmi, səndin, oğlan?

O səndinmi, sənmi öldün?Nəfəsini zəncir bildin,Bilən kimi qırıb gəldin,Sən də eşqə gəldin, oğlan?!

Həm vardın, həm yoxdun ancaq,Doğulandan ruhdun ancaq,Bəs bu qəbrdə kim yatacaq?Sən də qəbrə girdin, oğlan?!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq