Bu gözəli də soldurubdünya batdı günahına,ona bir insan qıymazdı,Allah, necə qıydın ona?!

Vallah, həm ağlamalı,həm gülməlidi ölüm,Daha nə deyim ona,Allah, dəlidi ölüm.

Hamını alır qoynuna,Hamını alır üşüdür,ölüm sənin deyil, bəlkəqara torpağın işidir?

Gül bitirir, göz güldürür,And olsun qara torpağa!Gözəlləri tez soldurur,tez alıb aparır deyəar olsun qara torpağa!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən