Bu dəli sevdanınƏvvəli qar gəldi, sonrası yağış.Yuyub aparacaq bu yağış qarı,Yuyub aparacaq bütün kinləri,yuyub aparacaqsonrakı sevgilər əvvəlkiləri.

Əlində qartopu bir qız çağırar:üzündə, gözündə nə kədər, nə kin...görsən bircə kərədərdi dərdin olar, sevgisi sevgin.Kəlməyə uğunar, səsə uğunar,yıxılıb durarsan, durub baxarsan,taleyin verdiyi dərsə uğunar.O üzdə, bu üzdə qonşu oğlanlarqartopu çırparlar qızın belinə,yupyumru, çılçılpaq ayaqlarına.Çırparlar dünyanın bu get-gəlinə,çırparlar dünyanın yasaqlarına.Bilməzlər, hərə öz içində sızlar,bilməzlər, hər ili ilk qar yağandabütün oğlanlara vurular qızlar.Bilməzlər, bilməzlər!Hamı fağırlaşar qızın yanındaancaq o qız doymaz, indi yalandanqonşu oğlanları tuşlayıb atar,vurar ötüb keçən yad oğlanları.

...Vurar, vurar, dalaşdırar axırıqonşu oğlanlarla yad oğlanları.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq