Mən zalım adamam, kamança
Qardaşım ağaclar, bacım çiçəklər,bir də söz tutdu sizi,söz tutdu, sevda qurutdu,üz tutub yüyürməyin mənə sarı,bağlanıb canımın daş qapaqları.
Bu dünyanın bəla qarıları,qala qapıları, daş qapıları,yetim qapıları, boş qapılarıbağlanıb canıma, bağlanıb canım,bağlanıb canımın yaş qapaqları.
Mən söz balasıyam, zalım tifili,sürüşüb alnımdan Allahın əli,daha sən də,sən də ağladammazsan məni,mən zalım adamam,kamança.
Kitabxana.az · https://kitabxana.az/works/vaqif-bayatli-oder-men-zalim-adamam-kamanca
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Qəm çəkmə, sıxılma, sıxılma, könül,Heç vaxt ayrılığa yıxılmamısan,
Uzun güzgü qabağındaUzun güzgü qabağındaöz-özüylə oynayan ayüzlü-
Allahı bir olanın eşqi də bir olarElə bilirdim bu datəzə ayrılıq olacaq,
Bir də min il sonra dirilsəmÖlsəm, bir də min il sonra dirilsəm,Bu dünyada hər şeyin sonunu bilsəm?!
Başqa şairlərin şeirləri
Nazlı yara dərdi-dilim yazmağa,Nə bir kağız tapdım naqaləmindi,
QəzəlVahəsrəta ki, tərki-vəfa qıldı yarlər,Əfğan ki, keçdi həsrət ilə ruzigarlər.
Dərdimə dərman qılan ol gözləri şəhla imişDərdimə dərman qılan ol gözləri şəhla imiş,Qaşlarıdır kabə qövseyn zülfi ev əbna imiş.
AxtıAxtının bax necə gör yaxşı gözəl halları var,Danışan şirin-şirin farsi-ərəb dilləri var,