Görən, neçin yaşayıram?Kimsə görmür göz yaşımıAğlayaraq için-içinyaşayıram.

Beş-üç misra şeir yazır, yaşayıramHər sətirlə qanım sızır, yaşayıram.Yer üzündə qanlı sellər axan vaxtı,Qara gəldi şair baxtı.Dövran niyə qanı udur?Qansızları əziz tutur.

Başkəsənlər bircə qanı kəsə bilmir,Baş kəsilir o zaman ki, baş əyilmir.Əyilən baş gündən-günə ucalacaq,Bir əyildi, sonra yenə ucalacaq.Saman altdan astaca su yeridənlərKeyfindədir, nə ağlayar, nə də inlər.

Yalan — yaltaq bir budağın yarpağıdır,Hər ikisi nanəciblik yarağıdır.YaltaqlığaUyan ağaDuz yüküylə qalxar dağa.Taleyin də öz işi var,Hər yoxuşun enişi var.

Yaltaq hər an pusqudadır,Qara fikri tüstü dadır.Haçan ağa dağdan uçur,Bax, yaltağa, necə qaçır —Təzə ağaAxtarmağa.

Torpaqlar da, səmalar daİndi bölük-bölük olub.

Bu dövranda yaltaqlaraEhtiyac çox böyük olub.Sabah əgər baş yaltağaQoyularsa nadir heykəl,İnsanlar da baxmaq üçünGələr el-el!Gül-çiçəksiz durarMiskin abidəsi.Yerdən qalxar, göydən enər:Lənət səsi!

15-18 dekabr 2000

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri