دادگری دید برای صوابصورت بیدادگری را به خواب

Bir ədalətli padşah baş yastığa atınca,Zalım bir şahı gördü yuxusunda, yatınca.

گفت «خدا با تو ظالم چه کرد؟در شبت از روز مظالم چه کرد؟»

Soruşdu ki, „De görüm, allah sənə nə etdi?Agah et gündüzünə, həm gecənə nə etdi?“

گفت «چو بر من به سر آمد حیاتدر نِگَریدم به همه کاینات

O dedi: „Son verərkən yaşadığım həyata,Bir də diqqətlə baxdım mən bütün kainata.

تا به من امید هدایت که‌راستیا به خدا چشم عنایت که‌راست

Baxıb dedim ki, mənə kimdən nəcat, ümid var?Allah xatirəsinə kim mənə yaxşı baxar?

در دلِ کس شَفْقَتی از من نبودهیچکسی را به کرم ظن نبود

Gördüm ki, heç kimdə yox mənə qarşı mərhəmət,Görmədim heç kimsədən nə şəfqət, nə məhəbbət.

لرزه درافتاد به من بر چو بیدروی خجل گشته و دل ناامید

Titrədim, külək necə titrədirsə söyüdüÜzüm xəcalətliydi, könlümün yox ümidi.

طرح به غرقاب درانداختمتکیه به آمرزش حق ساختم

Saldı ümidsizliyim ümidlərimi suya,İnsanlardan əl üzdüm, sığındım tək tanrıya.

که‌ای منِ مسکین به تو در شرمساراز خجلان درگذر و درگذار!

Dedim ki: „Ulu tanrı, çox xəcalətliyəm mən,Gəl bu xəcalətlini əfv elə, bağışla sən,

گرچه ز فرمان تو بگذشته‌امرد مکنم کز همه رد گشته‌ام

Əgər çıxmışamsa da fərmanından, yaradan,Qovma ki, qovmuş hamı məni öz qapısından.

یا ادبِ من به شراری بکنیا به خلافِ همه کاری بکن

Ya gəl bir atəş ilə cəza ver, məni məhv et,Ya da ki, sən hamının ziddinə gedib, əfv et!“

چون خجلم دید ز یاری‌رسانیاری من کرد کس بی‌کسان

Xəcalətli, köməksiz, dərdli, qəmli görərək,Köməksizlər pənahı mənə göstərdi kömək.

فیض کرم را سخنم درگرفتبار من افکند و مرا برگرفت

Sözüm qəbulə keçdi, dilimdə onun adı,O, yükümü ataraq, məni bərk qucaqladı“.

هر نفسی کآن به ندامت بودشحنهٔ غوغای قیامت بوَد

Hər kim peşmançılıqla nəfəs çəkərsə bir an,Qiyamət gününün bir darğasıdır o insan.

جمله نفس‌های تو ای باد‌سنجکیل زیانست و ترازوی رنج

Bütün nəfəslərinin hamısı, ey yel ölçən,Bir ziyan ölçüsüdür, bunu heç unutma sən.

کیل زیان سال و مهت بوده گیراین مه و این سال بپیموده گیر

Bu mizanı alsan da illər uzunu ələ,Onunla sən ayları, illəri ölçsən belə,

مانده ترازوی تو بی سنگ و درکیل تهی گشته و پیمانه پر

Axırda qalmayacaq tərəzində daş və dürr,Qabın dolu, tərəzin bomboş görünəcəkdir.

سنگ زمی سنگ ترازو مکنمُهره گِل مُهره بازو مکن

Yer daşını tərəzi daşı qayırma ancaq,Palçıq möhrəni artıq qoluna etmə qolbaq.

یک درم است آنچه بدو بنده‌اییک نفس است آنچه بدو زنده‌ای

Səni bir qul etməyə bircə dirəm də bəsdir,Güvəndiyin həyatsa ancaq quru nəfəsdir.

هر چه در این پرده ستانی بدهخود مَسِتان تا بتوانی بده

Hər zaman bu pərdədən götürdüyün şeyləri,Ya artığıyla qaytar, ya eyləcə ver geri.

تا بود آنروز که باشد بهیگردنت آزاد و دهانت تهی

Bəlkə qiyamət günü bu yaxşılıqla, bəlkə,Qalmasın ürəyində, vicdanında bir ləkə.

وام یتیمان نَبُوَد دامنتبارکش پیره‌زنان گردنت

Yetimlər ətəyindən tutub dartmasın səni,Boynun dul qadınların olmasın yük çəkəni.

باز هِل این فرشِ کهن‌پوده راطرح کن این دامن آلوده را

Gəl bu köhnə ərişli çəkilmiş fərşi buraq,Bulaşıq ətəyini, durma, yığışdır ancaq.

یا چو غریبان پیِ ره‌توشه گیریا چو نظامی ز جهان گوشه گیر

Sən ya qəriblər kimi yola azuqə götür,Ya da Nizami kimi bu dünyadan əl götür!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri