Leyli və Məcnun, fəsil 18
Məsnəvi nədir?
Məsnəvi: hər beyti öz qafiyəsi ilə gələn uzun nəzm, adətən dastan və ya hekayə.
کبکی به دهن گرفت موریمیکرد بر آن ضعیف زوری
زد قهقهه مور بیکرانیکای کبک، تو این چنین ندانی
شد کبک دَری ز قهقهه سستکاین پیشهٔ من نه پیشهٔ تست
چون قهقهه کرد کبک حالیمنقار ز مور کرد خالی
هر قهقهه کاین چنین زند مردشک نه که شکوه ازو شود فرد
خنده که نه در مقام خویش استدر خورد هزار گریه بیش است
چون من ز پی عذاب و رنجمراحت به کدام عشوه سنجم؟
آن پیر خری که میکشد بارتا جانش هست میکند کار
آسودگی آنگهی پذیردکز زیستنِ چنین بمیرد
در عشق چه جای بیم تیغ است؟تیغ از سر عاشقان دریغ است
عاشق ز نهیب جان نترسدجانانطلب از جهان نترسد
چون ماه من اوفتاد در میغدارم سرِ تیغ کو سرِ تیغ؟
سر کاو ز فدا دریغ باشدشایستهٔ تشت و تیغ باشد
زین جان که بر آتش اوفتاده استبا ناخوشیام خوش اوفتاده است
جانی است مرا بدین تباهیبگذار، ز جان من چه خواهی؟
مجنون چو حدیث خود فرو گفتبگریست پدر بدانچه او گفت
زین گوشه پدر نشسته گریانزانسو پسر اوفتاده عریان
پس بار دگر به خانه بردشبنواخت به دوستان سپردش
وان شیفتهدل به شوربختیمیکرد صبوریی به سختی
روزی دو سه در شکنجه میزیستزانگونه که هر که دید بگریست
پس پرده درید و آه برداشتسوی در و دشت راه برداشت
میزیست به رنج و ناتوانیمیمرد کدام زندگانی
چون گرم شدی به عشق وجدشبردی به نشاط گاه نجدش
بر نجد شدی چو شیر سرمستآهن بر پای و سنگ بر دست
چون برزدی از نفیر جوشیگفتی غزلی به هر خروشی
از هر طرفی خلایق انبوهنظاره شدی به گرد آن کوه
هر نادرهای کز او شنیدنددر خاطر و در قلم کشیدند
بردند به تحفهها در آفاقزان غنیه غنی شدند عشاق
Kəklik qarışqanı dimdikləyərək,Onu dimdiyində sıxırdı bərk-bərk.
Qarışqa kəkliyə gülərək bu an,Dedi ki: "Sən gülmək bacarmayırsan"
Yazıq qarışqaya baxaraq dik-dik;"Bu mənim peşəmdir" söylədi kəklik.
Sonra qəhqəhəylə o güldü birdən,Saldı qarışqanı öz dimdiyindən.
Hər kim bu dünyada gülərsə artıq,Ondan uzaqlaşar məncə xoşbaxtlıq.
Yersiz bir gülüşün nə mənası var?Yerində ağlamaq daha xoş olar.
Mənim ki, nəsibim oldu əziyyət,Hansı bir günümlə mən olum rahət?
Belində yük olan qoca bir eşşəkNə qədər ömrü var əzab çəkəcək,
Rahat olmayacaq o əziyyətdən,Bir ölüm qurtarar onu bu dərddən.
Demə məhəbbətə qılıncdan iti,Ürəkdir yaradan bu məhəbbəti.
Qılınc oyunundan kim qaçsa, gerçək,Başı bir qılıncla vurulsun gərək,
Eşqin qılıncından qorxmaz ki, heç kəs,Aşiqin başından qılınc əksilməz.
Aşiq olan kimsə canından qorxmazCananını sevən cahandan qorxmaz.
Girdi bulutlara o ay sirdaşım,Qoy qılınc altına qoyulsun başım.
Bir baş verilməsə canana qurban,Qılınca və teştə layiqdir, inan.
Bu odlara düşən canım naxoşdur,Bu naxoş canımın yanması xoşdur.
Mən ki, söz olmuşam ağıza, dilə,Sən də unut məni bu gündən belə".
Ata dinlədikcə yazıq oğlunu,Ağladı, ağladı, yaş boğdu onu.
Bir yanda atası dayanmış giryan,Bir yanda balası yıxılmış üryan.
Sonra evlərinə onu apardı,Təsəlli verərək öpdü, yalvardı.
O sinəsi dağlı, o bəxti qaraQəfəsdə quş kimi düşmüşdü dara.
Evdə iki-üç gün qara bağladıBu acı səhnəni görən ağladı.
O pərdəni yırtıb, ah çəkdi yenə,Baş alıb yollandı çölün düzünə.
Əzab içindəydi həyatı ancaq,Ölümdən pis idi ona yaşamaq.
Məhəbbət coşdurdu onun ruhunu,Yenə Nəcd dağına apardı onu.
Əli daş kimiydi, ayağı dəmir,Dağı dolaşırdı o havalı şir.
Orda gurladıqca Məcnunun səsi,Bir qəzəl deyirdi hər zümzüməsi.
Ellər, obalar da yığışıb səf-səfGəlirdi heyrətlə o dağa tərəf.
Eşitdikdə ondan nadir bir inci,Xatirə qələmə tutub birinci.
Töhfə apardılar diyarbədiyar,Aşiqlər nəğmədən varlanırdılar.
Kitabxana.az · https://kitabxana.az/works/nizami-leyli-ve-mecnun-18
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Büzürgümid birdən açıldı gültək,Qırx məna açdı qırx nağıl deyərək:
Xosrov və Şirin, fəsil 110Ey könül, nur saçan bir şam yandır sən,Oda vurğun olma, şam ki deyilsən.
Xosrov və Şirin, fəsil 111Xosrov öyrənərkən dərsi, hikmətiTərk etdi dünyanı, eyşi, işrəti.
Xosrov və Şirin, fəsil 112Ayın işığını gecə örtərək,Div kimi azmışdı yolundan fələk.
Başqa şairlərin şeirləri
Yenə naşad könlüm buldu yüz yerdən məlal, ağlar,Rəvan eylər iki gözdən dəmadəm əşki-al, ağlar.
Rəhmət pir ustada, körpü tikənəthumb|Sayat Novanın "Rəhmət pir ustada körpü tikənə" şeiriRəhmət pir ustada, körpü tikənə.
Haqq nəsib eyləsin yenə varalumHaqq nəsib eyləsin yenə varalum,Bab-i-salam qapusundan girəlum,
VarYenə gözüm düşdü bir mah cəmalə,Ağ üzündə qara müşki xalı var,