Gördün nə bəla çəkdi başım eşqin ucundan?Dözdüm qəminə, gəlmədi, bax, dostluğa nöqsan.

Məzlumların naləsinə adət edibsən,Bəs naləmə meyl eyləmədin, sevgili canan?!

Eyb etməz, ürək vermə mənə, çünki gözəlsən,Dil verməmək adətdi gözəllərdə binadan.

Məqtə — şairin təxəllüsü olan son beyt. Söylə, bu Nizami necə səbr etsin, əzizim,Eşqində qərarsız qalacaq, ey mahi-taban!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq