Ey gözəl afətlərə sultan olan!
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir.
Ey gözəl afətlərə sultan olan!Qoyma baxa hüsnünə düşman olan!
Mən deyiləmmi bütün əzam ilə,Bir tükünə min dəfə qurban olan?
Miskinəm, ox atma zəif sinəmə,Zərbənə dözməz belə nalan olan.
İçdin ürək qanımı sən mey kimi,Oldum adı qəlb evi talan olan.
Qoy yıxılıb payini öpsün barı,İndiyədək sevgisi pünhan olan.
Gül üzünü görməyə yox cürətim,Qaşı kaman, kirpiyi peykan olan.
Məqtə — şairin təxəllüsü olan son beyt. Aşiqi-sadiqsə hamı, doğrudur,Yoxdu Nizami kimi şükran olan.
Kitabxana.az · https://kitabxana.az/works/nizami-ey-gozel-afetlere-sultan-olan
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Xoşdur sənin yolunda, ey dost, əziyyət, möhnət,Qəm köhləni çapırtmaq, ta var yolunda fürsət.
Könlüm sitəminlə canə yetdiKönlüm sitəminlə canə yetdi,Ahım odu asimanə yetdi.
Ey qibleyi-canım, dəxi meyxanədən əl çək!Ey qibleyi-canım, dəxi meyxanədən əl çək!Ey dini sevən, gəl rəhi-biganədən əl çək!
Mümkünmüdür məni qurban edəsən?Mümkünmüdür məni qurban edəsən?Dərdlərimi görüb dərman edəsən?
Başqa şairlərin şeirləri · Eşq
Gər zülfün ilə beylə ola aşina gözün,Axırda başıma gətirər min bəla gözün.
QəzəlVahəsrəta ki, tərki-vəfa qıldı yarlər,Əfğan ki, keçdi həsrət ilə ruzigarlər.
Əgərçi xoşdu mənə ətri, həm səfası gülünƏgerçi xoşdu məne etri, hem səfası gülün,Cəfası çoxdu, nə hasil ki, yox vəfası gülün.
Əhvalını, ey dil, sənə yarın demədimmiƏhvalını, ey dil, sənə yarın demədimmi?Hər feli xətadır o nigarın, demədimmi?