Xoşdur sənin yolunda, ey dost, əziyyət, möhnət,Qəm köhləni çapırtmaq, ta var yolunda fürsət.

Gül çöhrənin önündə bir şam kimi dayanmaq,Yanmaq gərək başilə, etmək canilə xidmət.

Canan, sənin fikrinlə xoşdur səni düşünmək,Eşqinlə könlüm əsla olmaz bir an da rahət.

Xoşdur sənin önündə baş əymək, ey nigarım,Başlar gərək tac ilə etsin o hüsnə hörmət.

Məqtə — şairin təxəllüsü olan son beyt. Qəm sərrafı olubdur dünyadə bu Nizami,Gizli qəmi, bəlanı açmağə varmı hacət?!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq